четверг, 10 ноября 2011 г.

СРОТКЛ


Qohum funksiyalar:
Sintaksis:
    СРОТКЛ(число1;число2;...)
Nəticə:
    Verilənlər çoxluğunda orta xətti meyli hesablayır.
Arqumentlər:
    Число1, число2,.... mütləq meyllərin orta qiyməti hesablanan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
  • arqumentlər ədədlər və ya adlar, ədədləri ehtiva edən massivlər və istinadlar olmalıdır;
  • massiv və ya istinad olan arqument mətnləri, məntiqi qiymətləri və ya boş xanaları ehtiva edirsə, onda belə qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətli xanalar nəzərə alınır.
Riyazi-statistik interpretasiya: 
 Orta xətti meyl        variantlarının        -dən meyllərin mütləq qiymətlərinin hesabi ortası kimi təyin olunur. İlkin verilənlərin xarakterindən asılı olaraq orta xətti meyl hesabi orta qiymətə analoji olaraq çəkisizçəkili ola bilər. СРОТКЛ funksiyası çəkisiz orta xətti meyli aşağıdakı düsturla hesablayır:


 
Çəkili orta xətti meyli çəkili hesabi ortanın hesablanmasına analoji olaraq tapmaq olar (СРЗНАЧ funksiyasının təsvirinə bax). Çəkili orta xətti meylin qiyməti  aşağıdakı düsturla hesablanır:



Beləliklə, orta xətti meyl əlamətin baş külliyyatda rəqsetmə dərəcəsinin ümumi xarakteristikasını verir. Lakin bu göstəricini statistik tədqiqatlarda nadir hallarda tətbiq edirlər, çünki o bir çox hallarda dağınıqlıq dərəcəsini təyin etmir. Təcrübədə variasiya ölçüsünü daha obyektiv əks etdirmək üçün dispersiya göstəricilərindən istifadə edirlər (ДИСП, ДИСПР, СТАНДОТКЛОН, СТАНДОТКЛОНП funksiyalarının təsvirlərinə bax).


Misal
n =10 həcmli seçmə verilmişdir: 37; 39; 35; 33; 31; 38; 42; 45; 47; 43. Orta xətti meyli təyin etməli.


Həlli
Əvvəlcə seçmənin orta qiymətini hesablayaq:





İndi orta xətti meyli hesablamaq olar:




İndi də məsələni СРОТКЛ funksiyanın köməyilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
I
J
1
37
39
35
33
31
38
42
45
47
43

         
2.  Nəticənin yazılacağı xananı seçək ($A$3).
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СРОТКЛ funksiyasını seçək. Bu zaman СРОТКЛ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.

4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:J1) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan 4,2 qiyməti əmələ gələcəkdir.